AZ

Sumqayıtın mərkəzində “07” sürücüsü “ikitəkər” qaldırdı - VİDEO

Sumqayıt şəhərində avtoxuliqanlıq edən sürücü qeydə aldığı videonu sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az xəbər verir ki, 77-XP-105 qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud və təhlükəli şəkildə pozub.

Belə ki, Sumqayıtın mərkəzi küçələrindən birində qeydə alınan görüntülərdə sürücü nəqliyyat vasitəsinin iki təkərini yolun səthindən qaldırmaqla idarə edib.

Qeyd edək ki, bu cür qayda pozuntusu törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsilə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilə bilər və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs oluna bilər.

Səfər

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
avtosfer.az

1Mənbələr