AZ

İlin ikinci yarısında Güləbird kəndinə köç olacaq

Bu ilin ikinci yarısında  Laçının Güləbird kəndinə köç başlayacaq. Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

Statistikalara görə, Güləbird kəndinin 1460 nəfər əhalisi var.

İndiyədək Laçın şəhərinə 552 ailənin, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.

Laçına ilk köç 2023-cü il mayın 27-də baş tutub.

Laçın rayonunun Sus kəndinə ilk köç karvanı mayın 11-də olub.

Bundan əvvəl Prezident İlham Əliyev bildirib ki, 2024-cü ilin sonuna qədər 20 min məcburi köçkün öz yurdlarına qayıdacaq.

Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.

Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.


Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Laçın 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanata əsasən dekabrın 1-də Azərbaycana qaytarılıb.

 

Gülnar Nazimqızı




www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
anews.az

1Mənbələr