AZ

“Fəxr edirəm ki, Xavinin rəhbərliyi altında işləmək imkanım olub”

Robert Levandovski “Barselona”nın keçmiş çalışdırıcısı Xavinin bu komandanın baş məşqçi postundakı fəaliyyətini yüksək qiymətləndirib.



Komanda.az AS-a istinadən xəbər verir ki, polşalı forvard, ispaniyalı mütəxəssisin çətin dövrdə “Barsa”ya rəhbərlik etdiyini bildirib:



“Xavi çətin dövrdə komandaya rəhbərlik edib əla iş gördü. O, yaxşı çalışdı, baxmayaraq ki, son anlar həm onun, həm də oyunçuların xeyrinə olmadı. Mən fəxr edirəm ki, onun rəhbərliyi altında işləmək imkanım olub”.



Xavi ötən mövsümün sonunda “Barselona”nın baş məşqçi postunu tərk etmişdi. Komandanın yeni baş məşqçisi alman mütəxəssis Hans-Diter Flik təyin olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərlevandovski Xavi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
komanda.az

1Mənbələr