AZ

“Barselona” gələn həftə yeni transferini təqdim edə bilər

“Barselona” “Leyptsiq”in yarımmüdafiəçisi Dani Olmonun transferi ilə bağlı fəal işləyir.



Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu gələn həftə bu transferi tamamlamaq istəyir.



“Leyptsiq” 26 yaşlı futbolçu üçün 60 milyon avro təzminat tələb etsə də, “Barselona” hələ Almaniya klubunun maliyyə tələblərini təmin etməyə hazır deyil. Tərəflər arasında danışıqlar davam edir.



Olmo “Barselona” yetirməsidir və o, bu komandaya qayıtmağa açıqdır.



İspaniyalı yarımmüdafiəçinin xidmətində “Mançester Siti” və “Bayern” də maraqlıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərbarselona Dani Olmo

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
komanda.az

1Mənbələr