AZ

"Şamaxı"nın naşı rəhbərliyi...

CEYHUN ƏLİYEV
"Şamaxı" rəhbərliyindəki dəyişiklikdən cəmi 2 il keçsə də, klub Premyer Liqada da oynamağa macal tapıb, I Liqada da. Yeni mövsümün startına saatlar qalmış bölgə təmsilçisinin ilk turda "Sabah"a qarşı oyununun yerinin dəyişdirilməsinə razı olması xəbəri yayıldı. "Şirlər" son mövsümün bürünc mükafatçısını evdə qəbul etməli olsalar da, "Sabah"ın Konfrans Liqasının III təsnifat mərhələsinə daha yaxşı hazırlaşması üçün qarşılaşmanın paytaxtda baş tutmasına razılıq veriblər.İlk baxışdan olduqca nəcib addımdır. Hətta deyərdik ki, hər bir Azərbaycan klubunun mənəvi borcudur ki, qitəmiqyaslı yarışlarda istənilən klubumuza dəstək olsun.Alqışlayaq?Azacıq səbirli olun. 2022-2023 mövsümün açılış turunda "Şamaxı" "Neftçi"ni qəbul etməli idi. Həmin ərəfədə "ağ-qaralar" Konfrans Liqasının cavab oyunu çərçivəsində qarşılaşacaqları Vyana "Rapid"i ilə səfərə hazırlaşırdı. Avqustun 7-də baş tutmalı oyunun yerini dəyişdirmək üçün "Şamaxı"ya müraciət edən "Nefrçi" "yox" cavabı aldı. Həmin vaxt da "Şamaxı"nın rəhbəri Elçin Usub idi, indi də. Eyni adamın 2 il kəsiyində eyni vəziyyətdə iki fərqli qərar verməsinin adı nədi? Məgər "Neftçi" düşmən ölkəni təmsil edirdi? Hansı mənəvi əsasla 2 il əvvəl "ağ-qaralar"ın müraciətinə "yox" dediniz, cənab idarə heyətinin sədri? Bəli, peşəkar klubun şəxsi maraqlarını öndə tutmaq kimi hüququ heç kəs ləğv etməyib. Bəs elədirsə, cəmi 2 il sonra niyə fərqli qərar verdiniz, cənab Usub? Verdiyiniz təzadlı 2 qərarın adını istəyirsiniz özünüz deyin, istəyirsiniz ətrafınızda topladığınız funksionerlərdən soruşun. Yanılmıramsa, İdarə Heyətinizdə hərşeyşünas Orxan Fikrətoğlu da yer alıb. Gözəl bəlağət istedadı olan Fikrətoğludan da soruşa bilərsiniz verdiyiniz bu iki qərarın adını.Çalışın peşəkar olun. Anlayıram, təsadüfi adamların İdarə Heyətinin rəhbər postunda peşəkarlaşması ağır məsələdi. Nə deyim, Orxan Fikrətoğlu köməyiniz olsun...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
sport24.az

1Mənbələr