AZ

Rza Rzayev azadlığa buraxıldı

Xuliqanlıqda təqsirli bilinərək 1 il 6 ay azadlıqdan məhrum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev vaxtından əvvəl azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsi məhkumun müraciəti əsaaında belə qərar qəbul edib. Rza Rzayev cəzasının çəkilməmiş 4 ayından şərti olaraq azad edilib. 

Hakim İlham Cəfərzadə qərar qəbul edərkən məhkumun cəzasının yarısından çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini və digər halları nəzərə alıb. 

Qeyd edək ki, Rza Rzayev “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb. O, Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirdiyinə görə məhkum edilmişdi.

Sail Ağasəlim

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
6
qafqazinfo.az

10Mənbələr