AZ

Azərin avtomobilinə hücum olundu - VİDEO

Aparıcı Azər Zahid avtomobilinin təpiklənməsi və açarla cızılması barədə məlumat verib.

Bakuinfo.net axşam.az-a istinadən xəbər verir ki, Azər Zahid bu hadisəni sosial media hesabında paylaşmışdır. Aparıcı, avtomobilinə ziyan vuran şəxsin görüntülərinin özündə olduğunu bildirib.

O, paylaşımında qeyd edib: "Həyatda hər kəsin düşməni olur. Əzəldən cəngavərlərin, şahların və sərkərdələrin hər zaman düşməni olub. İndi də var, amma daha mədəni şəkildə. Maşınımı təpikləyiblər. Gecə görüntüləri mövcuddur. Açarla cızıqlar atıblar və çəkiclə təkərin diskinə zərbələr vurublar."

[media=]

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
bakuinfo.net

1Mənbələr