AZ

"Çelsi" Lukakunu bu kluba verir, o isə başqasını istəyir

İngiltərənin Premyer Liqa klublarından biri hücumçu Romelu Lukakunun transferi üçün "Çelsi" ilə razılığa gəlib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Il Mattino" məlumat yayıb.

Xəbərə görə, söhbət "Aston Villa"dan gedir. "Zadəganlar" artıq oyunçuya Birmingem klubu ilə müqavilə şərtlərini müzakirə etməyə icazə veriblər. Belçikalı forvard "Aston Villa"ya keçidə isti yanaşmır. O, "Napoli"yə keçmək istəyir, lakin neapolluların təklifi londonluları razı salmır.

31 yaşlı hücumçu ötən mövsüm icarə əsasında "Roma"da çıxış edib. Onun "Çelsi" ilə müqaviləsi 2026-cı ilin iyununa qədərdir.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
fanat.az

1Mənbələr