AZ

Üç qitədə keçiriləcək dünya çempionatı 39 gün davam edəcək

Futbol üzrə  2030-cu ildə keçiriləcək dünya çempionatı 39 gün davam edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, turnirin yüz illiyi şərəfinə Argentina və Uruqvay yığmaları arasında görüşlər iyunun 8-9-da baş tutacaq. Bir neçə gündən sonra, 13-14 iyun tarixlərində başqa ölkələrdə də dünya çempionatının oyunları keçiriləcək.

Final iyulun 21-nə təyin edilib. Daha əvvəl xəbər verilmişdi ki, çempionatın həlledici qarşılaşması Madriddəki “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.

2030-cu il dünya çempionatının oyunları İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Uruqvay və Paraqvayda keçiriləcək. Tarixdə ilk dəfə olaraq dünya çempionatı üç fərqli qitədə baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
2
idmanxeber.az

3Mənbələr