AZ

Çin quş kimi uça bilən PUA hazırladı... - Video

Çinli mütəxəssislər "Kiçik Şahin" adlı quş formalı PUA hazırlayıblar.

Axar.az xəbər verir ki, bu barədə “Parkut Nyus” məlumat verib.

Məlumata görə, yeni kəşfiyyat aparatı Çinin Sian şəhərində sınaqdan keçirilib.

Yeni PUA quşa bənzəyir və qanadların çırpılmasını təqlid edir. Analitiklərin fikrincə, bu cür PUA modellərindən istifadə genişlənsə, Çin münaqişə zonasında oyun qaydalarını dəyişə bilər.

PUA-nın dizaynı ona rahat şəkildə hündürlüyə qalxmağa, qanadlarını çırparkən kəskin dönüşlər etməyə imkan verir. Həmçinin enerjiyə qənaət üçün qanadlarından birini qatlamağa və ya hər iki qanadı yaymağa imkan verən dahiyanə mexanizmə malikdir.

"Kiçik Şahin" kamera, GPS sensoru və peyk rabitəsi ilə təchiz olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
2
axar.az

3Mənbələr