AZ

MİQ-in müsahibə mərhələsində format DƏYİŞMƏLİDİR

Məlumdur ki, müəllimlərin işə qəbulunun (MİQ) test imtahan mərhələsi artıq yekunlaşıb. Bundan sonra müəllimlər müsahibə mərhələsinə çağırılacaqlar.

 

Bəs, görəsən, müsahibə mərhələsində müəllimlər nələrə diqqət etməlidir? Onlar bu mərhələyə necə hazırlaşmalıdırlar?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarovun qeyd edib ki, MİQ-in müsahibə mərhələsində bir neçə çatışmayan cəhətlər var:

 

“Yaxşı olar ki, namizədlər müsahibə mərhələsinə çağırılanda ASAN xidmətdən məkhumluğu olub-olmaması barədə arayış təqdim etsinlər. Yaxud məhkumluğu varsa, həmin məsələ nazirlik tərəfindən birdə araşdırılsın. Bu nə üçün olub? Əvvəllər bu qaydalar çox sərt şəkildə gözlənilirdi, amma çox təəssüflər olsun ki, son illərdə bu məhkumluq məsələsi gözlənilmir.

 

Məsələnin digər bir tərəfi də müəllim olmaq istəyən namizdələrin psixoloji vəziyyətinin yoxlanılmasıdır. Həmin insan müəllim olmağa nə dərəcədə hazırdır? Hətta deyərdim ki, günümüzdə sistemdə ən böyük problemimiz psixoloji cəhətdən müəllim olmağa hazır olmayan bu sahədə faəliyyət göstərməsidir. Hələ bilik və bacarıqları bir tərəfə qoyuram. Ona görə də düşünürəm ki, müəllimlərin işə qəbulu zamanı namizədlərin müəllim peşəsinə uyğunluğu ilə bağlı psixoloji testdən keçirilməlidir.

 

O cümlədən, müsahibədə namizədlərə yenidən bilik və bacarıqları ilə bağlı suallar verməkdənsə, niyə məhz müəllim peşəsini seçdiyini öyrənmək lazımdır. Nə üçün müəllim olmaq istəyir? Yaxud təyin olunacağı məktəbdə onun müəllim kimi fəaliyyəti o məktəbdə nəyi dəyişəcək? Yəni bir motivasiya məktubu olmalıdır. Bu motivasiya məktubu beynəlxalq təhsil sistemində mövcuddur. Biz tez-tez Sinqapurdan danışırıq. Bu ölkədə məktəblərə işə qəbul zamanı 50 bal namizədin motivasiya məktubuna əsasən hesab olunur”.

 

Həmsöhbətimiz müsahibə mərhələsinin formatının dəyişilməli olduğunu vurğulayıb:

 

“Müsahibə subyektiv fikirlər əsasında keçirilir. Kiçik bir komissiya fəaliyyət göstərir. 1 idarəedici, 1 psixoloq və 1 ixtisas. Düşünürəm ki, müsahibənin formatı dəyişilməlidir. Namizədlərin şəxsi qutusuna 5 mövzu göndərilir ki, bu dərs mövzusunum təqdimatını hazırlasınlar. Onlardan biri üzrə təqdimat verəcəklər. Lakin bəziləri 5 mövzunuda təcrübəli müəllimlərə yazdırıb, əzbərləyib gəlirlər. Buna görə də müəllim seçmək məsələsində çox ciddi boşluqlarımız var. Hesab edirəm ki, müəllimlik sahəsinə canını, həyatını qoyan insanlar gəlməlidirlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
azedu.az

1Mənbələr