AZ

Geosiyasi rəqabətin yeni cəbhəsi, Orta Dəhlizə qarşı sanksiyalar: Rusiya TDT-nin yüksəlişindən narahatdır

Rusiyanın “Nezavisimaya” qəzeti “Orta dəhliz Rusiyadan yan keçəcək” başlıqlı xəbərdə layihədə iştirak edən ölkələrə qarşı sanksiyaların tətbiq oluna biləcəyini yazıb.

Publika.az xəbər verir ki, Orta Dəhlizin Avrasiyada geosiyasi rəqabətin yeni cəbhəsini təşkil etdiyi bildirilir.

Rusiya ənənəvi olaraq bu bölgədə dominant güc olsa da, Türk Dövlətləri Təşkilatının (TDT) yüksəlişi və Orta Dəhliz layihəsi Rusiyanın təsirini məhdudlaşdırmaq potensialına malikdir.

Mərkəzi Asiya ölkələri üçün bu dəhliz onların Rusiyadan iqtisadi asılılığını azaltmaq və ticarət yollarını şaxələndirmək imkanı yaradır. Bu vəziyyət Rusiyanın regionda iqtisadi təsirini zəiflədə bilər.

Orta Dəhliz təkcə iqtisadi deyil, həm də hərbi əhəmiyyətə malikdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında hərbi əməkdaşlıq və ümumi müdafiə sistemlərinin inkişafı regional təhlükəsizlik dinamikasını dəyişə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
publika.az

1Mənbələr