AZ

Arda Gülər məşq zamanı sevənlərini qorxutdu - VİDEO

Yeni mövsüm hazırlıqlarını ABŞ-də davam etdirən Arda Gülər  "Real Madrid"in son məşqində panika yaşadıb.

"Unikal" xəbər verir ki, Antonio Rudigerin müdaxiləsindən sonra ağrılar içində yerdə qalan və bir müddət ayağa qalxa bilməyən Arda həkimlərin müdaxiləsi ilə məşqlərə davam edib.

Zədələnməkdən son anda qurtulan türkiyəli futbolçunun axsayaraq yeridiyini görən Rudiger komanda yoldaşından üzr istəyib.

Həmçinin, güclü bədən quruluşu və sərt faulları ilə məşhur olan Antonio Rudigerin bundan əvvəl də öz komanda yoldaşlarına sərt müdaxilələri səbəbindən Karlo Ançelottidən xəbərdarlıq alıb.

Zərifə Nağıyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
16
unikal.az

10Mənbələr