AZ

“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa Gəncədə təşkil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgətəşkilatçılığı ilə Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirmətədbirləri davam etdirilir. Bu istiqamətdə növbəti dəyirmi masaGəncədə təşkil edilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirdəaçılış nitqi ilə çıxış edən Aparat rəhbəri Aydın Səfixanlı ölkəPrezidentinin 2024-ci il 28 iyun tarixli Sərəncamı ilə cari ilsentyabrın 1-ə parlamentə növbədənkənar seçkilərin təyinedildiyini, vətəndaşların aktiv və passiv seçki hüquqlarının dahasəmərəli təmini istiqamətində kompleks tədbirlərin həyatakeçirildiyini qeyd edib. Aparat rəhbəri müşahidəçilik institutununəhəmiyyətindən, Müvəkkilin və təsisatın bu prosesdəki rolundandanışıb. O, Ombudsman Səbinə Əliyevanın təşəbbüsü və MSK-nındəstəyi ilə paytaxtda və regionlarda birgə maarifləndirmətədbirlərinin keçirildiyini, bu istiqamətdə ilk tədbirin Bakıda, bugün isə Gəncədə təşkil olunduğunu bildirib.

A.Səfixanlı, eyni zamanda, Ombudsman təsisatının əməkdaşlarınınbir qisminin parlament seçkilərində müstəqil olaraq müşahidəçi kimiiştirak edəcəyini də diqqətə çatdırıb.

Daha sonra Mərkəzi Seçki Komissiyasının üzvləri İlham Məmmədovvə Almas Qəhramanlı tərəfindən MSK-nın Milli Məclisə növbədənkənarseçkilər ərəfəsində həyata keçirdiyi işlər barədə məlumat verilib,maarifləndirmə tədbirlərinin davam etdirildiyi diqqətəçatdırılıb.

Yekunda tədbir iştirakçılarını maraqlandıran suallarcavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ombudsman Aparatı ilə Mərkəzi Seçki Komissiyasınınnövbədənkənar parlament seçkiləri ilə əlaqədar ilk birgəmaarifləndirmə tədbiri Ombudsman Səbinə Əliyevanın, Mərkəzi SeçkiKomissiyasının sədri Məzahir Pənahovun və dairə seçkikomissiyalarının nümayəndələrinin iştirakı ilə Bakıdakeçirilib.

“Vətəndaşların
“Vətəndaşların
“Vətəndaşların
“Vətəndaşların
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
az.trend.az

2Mənbələr