AZ

"Latsio" Xames Rodriqesi transfer etməyəcək

"Latsio"nun idman direktoru Angelo Fabiani jurnalistlərə təcrübəli kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqesi transfer edə biləcəyi ilə bağlı şayiələr barədə danışıb.

90deqiqe.Az-ın “ Sky Sport Itali”ya istinadən məlumatına görə ,Fabiani 33 yaşlı kolumbiyalı futbolçu ilə müqavilə bağlamaq fikrində olmadığını və buna səbəb yaşının çox olması və son illər o qədər də oynamaması olduğunu bildirib.

"Ceymsə bütün hörmətlə yanaşırıq, transferdən əvvəl həm yaş, həm də son illərdə oynadığı dəqiqələrin sayı baxımından 360 dərəcə qiymətləndirməyə ehtiyacımız var".

Xatırladaq ki, Xames Rodriges bu yay transfer pəncərəsində Avropaya qayıtmağı gözləyir. Kolumbiyalı hazırda Braziliyanın “San Paulo” klubunda çıxış edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
90deqiqe.az

1Mənbələr