Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Şamxal Həsənov istefa verib.
Bakupost.az xəbər verir ki, 8 ay öncə bu vəzifəyə təyin olunan müavinin istefa qərarı təəccüblə qarşılanıb. İddialara görə, bu addım Goranboyun icra başçısı Məhərrəm Quliyevlə aralarındakı rüşvət qalmaqalına görə atılıb.
Xəbəri Bakupost.az -a İnformasiya təminatı və təhlil sektorunun müdiri Faiq Muradov təsdiqləyib.
Bildirib ki, Ş.Həsənovun xidməti vəzifəsinə bu gün xitam verilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta