AZ

“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək

“Azərbaycan Premyer Liqası daha bir mövsüm “Misli”nin sponsorluğu ilə keçiriləcək.

Apasport.az xəbər verir ki, Peşəkar Futbol Liqası ilə Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Misli” brendi arasında titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb. 

Razılığa əsasən, 2024-2025-ci illər mövsümündə də “Misli” Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli Premyer Liqası” adlanacaq.

Razılıq müqaviləsini “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş və Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov imzalayıb.

Qeyd edək ki, Misli Premyer Liqası bu gün start götürür.

PFL-in "Sabah" və "Şamaxı" ilə bağlı qərarı açıqlanıb

“Kəpəz”də yeni müqavilələr

Konfrans Liqası: "Zirə"nin rəqibi bəlli olub

"Qarabağ" - "Ludoqorets" matçının biletləri satışa çıxarılır

Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədədir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
apasport.az

1Mənbələr