AZ

Qaxda maşınlar toqquşdu - 1 nəfər xəsarət aldı - FOTO

Qax-Şəki avtomobil yolunun Əmbərçay kəndi ərazisində qəza baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə zamanı bir nəfər xəsarət alıb.

Belə ki, 1991-ci il təvəllüdlü Zaqatala rayon Çobankol kənd sakini Əhmədov Namil Əsr oğlunun idarə etdiyi “Ford” markalı yük avtomobili ilə 1987-ci il təvəllüdlü Qax rayon Cüdüllü kənd sakini Hacıyev Məhəmməd Mais oğlunun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili toqquşub. 

Hadisə zamanı “Ford” yoldan çıxaraq aşıb. Nəticədə minik avtomobilində olan sürücünün həyat yoldaşı Bəbişova Könül Qurban qızı müxtəlifdərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

(qafqazinfo)

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
12
avtosfer.az

4Mənbələr