AZ

"Art Kino" layihəsi təqdim edildi

Salyan Dövlət Rəsm Qalereyasında 2 avqust Milli Kino Günündə "Art Kino" layihəsi təqdim edilib.

Kulis.az xəbər verir ki, tədbirdə rayon rəsmiləri, sənətçilər, mədəniyyət işçiləri və ictimaiyyət iştirak edib. Çıxış edən kinorejissor, Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov Azərbaycan kinosunun yaranma tarixi və "Art Kino" layihəsi barədə geniş məlumat verib. Salyan Rayon İcra Hakimiyyətinin rəsmisi Məhərrəm Məmmədov, Əməkdar artist, prezident mükafatçısı, Salyan Dövlət Kukla Teatrının baş rejissoru Rafiq Mirzə, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İman Mustafayev, uzun zaman mədəniyyət sahəsində rəhbər vəzifələrdə çalışmış Lətif Zərbəliyev, mədəniyyət işçisi Leyla Babayeva və başqaları çıxış edərək milli kinomuzun keçdiyi inkişaf yoludan və ulu öndər Heydər Əliyevin kinomuza göstərdiyi misilsiz xidmətlərindən danışıblar.

Sonra kino rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılığına həsr olunan "Arzularını çəkən rəssam" bədii-sənədli film nümayiş olunub.

Qeyd edək ki, Salyan Dövlət Rəsm Qalereyasının təqdim etdiyi "Art Kino" layihəsi çərçivəsində müntəzəm olaraq rəssamlara həsr edilən filmlər göstəriləcək, həmçinin səyyar nümayişlər olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
2
kulis.az

5Mənbələr