AZ

Rusiyada senator iclas zalında saxlanıldı


Rusiyada Tula vilayətindən olan senator Dmitri Savelyev iclas zalını tərk edərkən saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a Federasiya Şurasının parlament fəaliyyətinin reqlamenti və təşkili komitəsinin rəhbəri Vyaçeslav Timçenko məlumat verib.
Məlumata görə, o, qətlin təşkilində iştirakda şübhəli bilinir.
Bundan əvvəl Rusiyanın baş prokuroru İqor Krasnov Federasiya Şurasından qətlin təşkilində iştirakına görə Savelyevin toxunulmazlığını ləğv etməyi xahiş edib. Cümə günü Federasiya Şurası Savelyevin toxunulmazlığının ləğv edilməsinə razılıq verib. Bu barədə qərar Federasiya Şurasının sədri Valentina Matvienkonun çıxışından sonra iclasın qapalı hissəsində qəbul edilib.
“Müraciət nəinki qəbul edildi, biz onu nəzərdən keçirdik və razılıq verdik”, -  Vyaçeslav Timçenko bildirib.
Komitə rəhbəri əlavə edib ki, yuxarı palata da istintaq tədbirlərinin aparılmasına razılıq verib.
Qeyd edək ki, 2016-cı ilin oktyabrından Savelyev Federasiya Şurasının senatorudur və Tula vilayətinin dövlət hakimiyyətinin icra orqanını təmsil edir. Onun senator səlahiyyətləri 2024-cü ilin sentyabrında başa çatır. Federasiya Şurasına daxil olana qədər Savelyev 17 il Dövlət Dumasının deputatı olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
yeniavaz.com

1Mənbələr