AZ

"Xames Rodrigesi heç vaxt komandaya götürmərəm"

"Latsio"nun idman direktoru Anjelo Fabiani bir müddət öncə Braziliyanın "San-Paulu" klubu ilə müqaviləsinə vaxtından əvvəl xitam verilən Xames Rodrigeslə maraqlandıqları ilə bağlı informasiyalara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" onun sözlərini belə çatdırıb:

"Onu heç vaxt komandaya götürmərəm. Səbəbi budur ki, Xamesin 33 yaşı var və son vaxtlar o, ildə 12-13 matçdan çox oynamayıb. Hə, Rodriges son Amerika Kubokunda yetərincə yaxşı çıxış etdi. Amma biz bu futbolçuya olan hörmətimizə rəğmən, onun yaşını və son illərdə meydanda olduğu zamanı nəzərə almalı, Rodrigesi 360 dərəcəli bucaq altında qiymətləndirməliyik". 

Xatırladaq ki, Rodriges Amerika Kubokunun ən yaxşı oyunçusu olub. O, Kolumbiya yığması ilə bu turnirin finalına yüksəlib və həlledici matçda Argentinadan aldıqları 0:1 hesablı yenilgiyə üzülüb.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
fanat.az

1Mənbələr