AZ

2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının tarixləri açıqlandı


2030 FIFA Dünya Kuboku bir aydan çox davam edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mundo Deportivo” qəzeti məlumat yayıb.
Məlumata görə, turnirin 100 illiyi şərəfinə iyunun 8-9-da Argentina və Uruqvay milli komandaları arasında görüşlərin keçirilməsi planlaşdırılır. Daha sonra, 13-14 iyun tarixlərində turnir digər ölkələrə keçəcək.
Qəzet yazır ki, final matçı iyulun 21-də baş tutmalıdır. Daha əvvəl finalın Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcəyi bildirilirdi.
2030-cu ildə dünya çempionatı 6 ölkədə keçiriləcək. Turnirin əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. Dünya çempionatının ilk üç oyununa Argentina, Paraqvay və Uruqvay ev sahibliyi edəcək.
İlk dəfə olaraq dünya çempionatının oyunları müxtəlif qitələrdə keçiriləcək.
Turnir iyunun 8-dən iyulun 21-dək davam edəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
yeniavaz.com

1Mənbələr