AZ

Türkiyə bayraqlarının yarıya qədər endirilməsi Təl-Əvivi QƏZƏBLƏNDİRDİ

İsraildəki bütün diplomatik nümayəndəliklərdə matəm əlaməti olaraq Türkiyə bayraqlarının yarıya qədər endirilməsi yəhudi dövlətinin Xarici İşlər Nazirliyini qəzəbləndirib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" xəbər verib.

“İsrail Xarici İşlər Nazirliyi vəziyyəti aydınlaşdırmaq üçün Türkiyə səfirliyinin nümayəndəsini çağıracaq”, - deyə agentlik məlumat yayıb.

Türkiyə Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə üçün kədər əlaməti olaraq ölkənin İsrail və Şərqi Qüdsdəki diplomatik nümayəndəliklərində bayraqlarını endirib. Respublika Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün ölkədə bir günlük milli matəm elan edib.

Qeyd edək ki, bundan əvvəl İranda Haniyyənin Tehranda vəfatı ilə əlaqədar iyulun 31-dən avqustun 2-dək ümumi üç günlük matəm elan edilib. İslam Respublikası da qətlin “Təl-Əvivin növbəti cinayəti” olduğunu vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
publika.az

2Mənbələr