AZ

İsveçdə qızılcaya yoluxma hallarının sayı artır

İsveçdə

Stokholm, 2 avqust, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçdə son dərəcə yoluxucu, bəzi hallarda isə həyati təhlükəsi olan qızılcaya yoluxma hallarının sayı artmaqdadır və ilin birinci yarısında 2019-2023-cü illər ilə müqayisədə daha çox xəstəlik qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Kalmar regionu on il ərzində burada qızılca xəstəliyinə ilk iki yoluxma halının qeydə alındığını bildirib.

İnfeksiyaya nəzarət edən həkimlər qızılcaya daha çox diqqət yetirməyə çağırır, çünki bu, ən yoluxucu xəstəliklərdən biridir. Belə ki, ona yoluxmuş bir insanla eyni otaqda olmaq kifayətdir ki, o, iki saat ərzində digər insanı yoluxdursun.

İctimai Səhiyyə Agentliyinin statistik məlumatına görə, bu ilin iyul ayına kimi qızılcaya 21 nəfər yoluxub, ötən il isə bu xəstəliyə 11 yoluxma halı qeydə alınıb.

Dövlət epidemioloqu və Salgren akademiyasının yoluxucu xəstəliklər üzrə professoru Maqnus Gisslen izah edir ki, pandemiya zamanı qızılcaya yoluxma nisbətləri xüsusilə aşağı idi, çünki İsveç əhalisi xaricə getmirdi.

Böyük Britaniya və bəzi Şərqi Avropa ölkələrində də qızılcaya yoluxma hallarının sayı artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
6
azertag.az

7Mənbələr