AZ

Paris-2024: Gürcüstanlı cüdoçu diskvalifikasiya olunub

Gürcüstanlı cüdoçu Quram Tuşişvili Paris-2024 Yay Olimpiya Oyunlarından diskvalifikasiya edilib.

İdman.biz xəbər verir ki, buna onun qeyri-idman hərəkəti səbəb olub.

Tuşişvili 1/4 finalda fransalı Teddi Rinerə ipponla uduzub. O, sonda döşəkdən qalxmağa çalışan rəqibinin üzünə əl atıb və onu itələyib. Bu hərəkətdən sonra hakimlər onu yarışdan uzaqlaşdırıblar.

Quram bürünc medal uğrunda təsəlliverici döyüşlərdə iştirak etmək hüququndan məhrum olub. Nəticədə onunla güləşməli olan özbəkistanlı Alişer Yusupov üçüncü yer uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, bu çəkidə Azərbaycan cüdoçusu Uşanqi Kokauri təsəlliverici görüşdə kubalı Andi Qranda ilə üz-üzə gələcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
2
idman.biz

3Mənbələr