AZ

Avropa çempionu “Barselona” ilə anlaşdı

“Leypsiq”in futbolçusu Dani Olmo “Barselona”ya keçməyə razılıq verib. Matc.az xəbər verir ki, yarımmüdafiəçi kataloniyalıların şərtlərini müsbət cavablandırıb. La Liqa təmsilçisi İspaniya millisinin üzvü ilə yaxın günlərdə müqavilə bağlamağı planlaşdırır. Hazırda iki klub arasında müqavilənin maliyyə şərtləri müzakirə olunur. Olmo bu il AVRO-2024-ün qalibi olub. Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Dani Olmo 2020-ci ildən “Leypsiq”in formasını geyinir.

Seçilən
45
matc.az

1Mənbələr