AZ

“Leypsiq” “Barselona”dan Dani Olmoya görə bu qədər tələb edir

“Leypsiq”in idman direktoru Ruven Şröder “Barselona”nın yarımmüdafiəçi Daniel Olmo ilə maraqlanması haqda şayiələrə münasibətini açıqlayıb.

Arena.az Şröderin bu barədə fikrini təqdim edir:

“Dani bizim üçün inanılmaz dərəcədə dəyərlidir – həm oyunçu, həm də insan kimi. Heç kim satış üçün bizə təzyiq etmir. Mövcud vəziyyəti nəzərə alaraq, Daninin məzuniyyətindən sonra düşərgəmizə qayıdacağını gözləyirik”, deyə Şröder bildirib.

Yeri gəlmişkən, son məlumatlara görə, “Leypsiq” “Barselona”nın ispan hücumameyilli yarımmüdafiəçi Daniel Olmonun keçidi ilə bağlı yeni təklifini qəbul etməyib. “Öküzlər” Kataloniya klubunun yeni təklifini “qeyri-qənaətbəxş” hesab ediblər. “Leypsiq” Olmo müqabiliində ən azı 60 milyon avro məbləğində qazanc əldə etmək istəyir.

Vurğulanır ki, “Barselona”nın Olmonun keçidi müqabilində “Leypsiq”ə 55 milyon avro məbləğində sabit və müxtəlif əlavə üstəliklər olaraq daha 7 milyon avro məbləğ təklif etdiyi barədə daha əvvəl yayılmış məlumat həqiqətə uyğun deyil.

Bu üzdən də “Barselona” 26 yaşlı futbolçuya görə “Leypsiq”ə yeni təklif hazırlayır. Kataloniya klubu ispan futbolçunun transferi müqabilində “Leypsiq”ə 60 milyon avro məbləğ təklif edəcək.

Eyni zamanda, “blauqrana” sabit olaraq 47 milyon avro məbləğ və əlavə üstəlik olaraq 13 milyon avro məbləğ ödəməyi nəzərdə tutub.
Əlavə üstəliklər futbolçunun oynayacağı oyunların sayına görə 3 milyon avro məbləğ, komanda ilə qazanacağı qənimətlərə görə isə 10 milyon avro məbləği ehtiva edir.

“Barselona”nın sabit haqqın 25 milyon avro məbləğini ilk ödəniş olaraq payızda həyata keçirmək istədiyi vurğulanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
arena.az

1Mənbələr