AZ

Rusiyada “Google”, “Android” və “iOS” bloklanacaq- XƏBƏRDARLIQ

Rusiyada “Android” və “iOS” əməliyyat sistemləri bloklana bilər.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Dumasının Regional siyasət komitəsinin sədri Aleksey Didenko “YouTube”un işinin ləngiməsini şərh edərkən deyib.

“Tezliklə “Google” və onunla birlikdə “Google Android” bloklanacaq. İOS da bloklanacaq və bu, bizim təşəbbüsümüzlə baş verməyəcək”, – Didenko bildirib.

Bununla bağlı deputat biznes nümayəndələrinə və alimlərə digər platformalara keçməyi tövsiyə edib. Dövlət qulluqçularına və məmurlara gəlincə, Didenko xatırladıb ki, onlara bu proqram təminatından istifadə etmək çoxdan qadağan edilib.

Deputat həmçinin rusları hadisələrin bu inkişafından faciə yaratmamağa çağırıb. O, ABŞ-ın “Netflix” film və serial servisinin ölkədən getdiyini xatırladaraq, sonda hamının bununla barışdığını qeyd edib.

Didenkonun sözlərinə görə, “Google” Rusiyaya qarşı mənfi mövqedə olan tamamilə qərəzli və siyasiləşmiş platformadır və ona görə də ona düşmən maraqlarını təmsil edən platforma kimi yanaşmaq lazımdır.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
azpost.info

1Mənbələr