AZ

Azərbaycanın cüdo millisi Paris-2024-də çıxışını başa vurdu - Yenilənib

style='margin-bottom:10px;'>

Bu gün Paris-2024-də iştirak edən Azərbaycanın cüdo millisinin sonuncu - doqquzuncu üzvü Uşanqi Kokauri (öz çəkisində dünya reytinqi 17) yarışda mübarizəyə başlayıb.

QOL.az xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə çıxış edən milliləşdirilmiş gürcüstanlı idmançının ilk rəqibi 1/16 finalda Rafael Silva (Braziliya, dünya reytinqi 14) olub.

Rəqibinə ipponla qalib gələn Kokauri 1/8 finala yüksəlib. O, növbəti raundda Martti Puumalainen (Finlandiya, dünya reytinqi 10) ilə qarşılaşıb. İdmançımız bu dəfə də ipponla qalib gəlib və 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Kokauri Koreya cüdoçusu Kim Minyonqla (dünya reytinqi 1) görüşüb. Minyonq mayda keçirilən dünya çempionatının qalibi adını qazanıb.

Kokauri vaza-ari xalı ilə uduzub.

Bununla belə, o, bürünc medal şansını saxlayır. Cüdoçu 3-cü yer uğrunda təsəlliverici görüşdə Kuba təmsilçisi, 2022-ci ildə dünya çempionu olan Endi Qranda (dünya reytinqi 5) ilə qarşılaşacaq. Bu görüşdə qalib gələn bürünc medal uğrunda həlledici yarışa çıxacaq. Azərbaycan təmsilçisi uduzaraq medalsız qalıb.

Xatrırladaq ki, daha əvvəl cüdoda Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olublar, digər 6 cüdoçumuz isə yarışı medalsız başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
teleqraf.com

1Mənbələr