AZ

Büdcəli OPPO A3x smartfonu təqdim edilib - QİYMƏTİ

     OPPO şirkəti özünün OPPO A smartfon seriyasının yeni büdcəli modelini təqdim edib. Yeni model OPPO A3x adlanır. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO A3x smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.67 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.     Qeyd etmək lazımdır ki, OPPO A3x-in gövdəsi MIL-STD 810H hərbi standartının tələblərinə cavab verir və IP54 standartı üzrə sudan qorunma özəlliyini əldə edib. Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və özündə 4 GB RAM ilə 64/128 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda smartfon 8 MP-lik arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə OPPO A3x 45 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareyanı əldə edib. OPPO A3x artıq satışa çıxıb və onun qiyməti 149$-dan start götürür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
400
2
technote.az

3Mənbələr