AZ

Ləğv edilmiş qatlana bilən Microsoft Surface Duo 3 smartfonunun render fotoları təqdim edilib

     Microsoft şirkəti 2021-ci ildə qatlana bilən Surface Duo 2 smartfonunu təqdim etmişdi. Daha sonra isə şirkət Surface Duo 3 üzərində çalışmağa başladı. Lakin nəticədə Surface Duo 3 şirkət tərəfindən ləğv edildi. İndi isə insayderlər ləğv edilmiş Surface Duo 3-ün render fotolarını təqdim ediblər. Bu fotolar vasitəsilə onlar Surface Duo 3-ün ləğv edilmədiyi halda necə bir görünüşə sahib ola biləcəyini sərgiləyiblər. Qeyd etmək lazımdır ki, təqdim edilmiş render fotolar sızdırılmış çertyojlar əsasında hazırlanıb.     Fotolara əsasən Surface Duo 3 modeli xarici görünüşcə birinci nəsil Surface Duo və Surface Duo 2-dən fərqlənməli idi. Sözügedən smartfon iki ədəd ekranı əldə etməli idi və ekranların ətraflarındakı çərçivələr olduqca nazik olmalı idilər. Smartfonun arxa panelində düzbucaq formalı kamera sahəsinin yerləşdirilməsi planlaşdırılırdı və kamera sahəsinin daxilində son iPhone Pro modellərinin sahib olduqları arxa kamera dizaynı tərzində kameralar yerləşməli idilər. Qeyd etmək lazımdır ki, nəticədə Microsoft şirkəti Android əməliyyat sistemi vasitəsilə çalışan qatlana bilən smartfonların hazırlanması ideyasından tamamilə imtina etdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
technote.az

1Mənbələr