AZ

Google Chrome üçün süni zəka əsaslı 3 yeni funksiya anons edilib

     Google şirkəti Chrome brauzerinin desktop versiyası üçün süni zəka əsaslı 3 yeni funksiyanı anons edib. Beləliklə Chrome brauzerinin desktop versiyasında istifadəyə veriləcək süni zəka funksiyalarından biri Google Lens olacaq. Google Lens brauzerdə smartfonlar üçün nəzərdə tutulmuş tətbiqi şəklində çalışacaq. Sadəcə olaraq Chrome brauzerinin desktop versiyası çərçivəsində Google Lens kompüterin və ya noutbukun veb kamerasından istifadə edəcək.     Brauzerdə Google Lens-i aktivləşdirmək üçün sadəcə olaraq URL sətrdə olacaq kamera ikonuna klikləmək və daha sonra brauzer səhifəsində əks olunan məlumatlar arasında sizlərə maraqlı olanını seçmək lazım olacaq. Məsələn brauzer daxilində Google Lens vasitəsilə foto üzrə sürətli axtarışı reallaşdırmaq, bu və ya digər videodakı mətni seçmək olar. Brauzerin desktop versiyasında istifadəyə veriləcək ikinci funksiya Google Pixel və Samsung Galaxy smartfonlarındakı Circle to Search funksiyasına bənzəyir.     Bu funksiya çərçivəsində brauzer daxilində hansısa fotonu seçib süni zəkadan fotoda nəyin əks olunduğunu soruşmaq olar. Bununla belə bu yeni funksiya həmçinin istifadəçini maraqlandıran suallara da cavab verə biləcək. Məsələn istifadəçi hansısa gül fotosunu seçərək fotodakı gülə necə qulluq etmək lazım olduğunu süni zəkadan soruşa biləcək. Brauzerdə istifadəyə veriləcək üçüncü funksiya isə Tab Compare adlanır. Bu funksiya brauzer daxilindəki qovluqlarda olan müxtəlif məhsulları analiz edərək vahid səhifədə onların müqayisəsini əks etdirir. Bu yeni funksiyaların yaxın zamanda istifadəyə veriləcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
technote.az

1Mənbələr