AZ

"Roma" La Liqanın bombardirini transfer edib

 "Jirona"nın hücumçusu Artem Dovbik karyerasını "Roma"da davam etdirəcəl.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Forvardla müqavilənin təfərrüatları açıqlanmayıb. Futbolçunun transferi otuz milyon avro təşkil edib. Dovbik yeni klubunda on bir nömrə ilə çıxış edəcək.

O, "Roma"nın tarixində ilk ukraynalı futbolçu olub. Bundan başqa, “Roma” tarixdə ilk dəfə ötən mövsüm Avropa çempionatının bombardirini alıb. Son mövsümdə Artem Dovbik "Jirona"nın heyətində bütün yarışlarda 41 oyun keçirib, 25 qol vurub və 10 məhsuldar ötürmə edib. Ukraynalı 24 qol vuraraq İspaniya La Liqasının bombardiri olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
90deqiqe.az

1Mənbələr