AZ

Madurodan ABŞ-a sərt cavab: “Daxili işlərimizə qarışmayın”

Venesuela prezidenti Nikolas Maduro ABŞ dövlət katibi Antoni Blinkenin Venesueladakı seçkilərlə bağlı açıqlamasına reaksiya verib. 

Demokrat.az xəbər verir ki, paytaxt Karakasdakı Miraflores Prezident sarayının eyvanından tərəfdarlarına səslənən Maduro Blinkenə ABŞ, Venesuelanın daxili işlərinə qarışma” deyib. 

Venesuelanın suveren bir dövlət olduğunu və xalqın iradəsinin seçkidə təzahür etdiyini vurğulayan Maduro, “ABŞ Venesuelada başqa bir dövlət başçısının olduğunu söyləmək üçün irəli gəlir” ifadələrindən istifadə edib.  

Maduro ölkədəki etirazlara da toxunaraq, “Demək olar ki, yüzdə 85-i Kolumbiya, Peru, Çili və Texasdan gələn mühacirlərdir. Çoxlu çevrilişlər görmüşük, amma bu cür böyük tələ hazırlayan bu xüsusiyyətlərə malik cinayətkarlar görməmişik. Bunlar yeni nəsil dəstələrdir. Onlar Venesuelanı bandaların sıx olduğu Haiti və Ekvadora çevirmək istəyirlər” deyib. 

Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
demokrat.az

1Mənbələr