AZ

Rəşad Sadıqov: "Ölkə reytinqi üçün mühüm qələbə qazandıq"

"Artıq növbəti rəqibi analiz etməyə başlamışıq və qələbə üçün çalışacağıq".

Bunu hakimiyyet.az-a açıqlamasında "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov deyib.

"Rəqibimizin güclü olmasına baxmayaraq, futbolçularım yaxşı təsir bağışladılar. Rəqib ilk qolu vurduqdan sonra ümidlənsə də, daha sonra toparlanmağı bacardıq. Artıq Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayır və biz "Səbail"lə görüş haqqında düşünməyə başlayacağıq. Növbəti turdakı rəqibimizin isə hər iki oyununu analiz etmişik. Yeni futbolçular transfer etməyə çalışacağıq. Edə bilməsək, əlimizdəki futbolçuları qoruyub daha yaxşı çıxış göstərmək niyyətindəyik".

Anar Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
hakimiyyet.az

1Mənbələr