"Girona"nın və Ukrayna millisinin hücumçusu Artem Dovbik "Roma"ya keçib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, keçidin məbləği 30,5 milyon avro təşkil edib.
Futbolçu romalıları 11-ci nömrə altında müdafiə edəcək.
Keçən mövsüm 27 yaşlı Dovbik 24 qolla La Liqanın bombardiri olub.