AZ

Paris-2024: Murad Allahverdiyev 1/4 final döyüşünü keçirib

Paris-2024 Yay Olimpiya Oyunlarında boksçuların mübarizəsi davam edir.

Olaylar.az xəbər verir ki, bu gün Azərbaycan millisinin daha bir təmsilçisi rinqə çıxıb.

80 kq çəkidə mübarizə aparan Murad Allahverdiyev 1/4 final döyüşündə qüvvəsini sınayıb. Nurbek Oralbay (Qazaxıstan) ilə üz-üzə gələn boksçumuz 0:5 (26:30, 27:29, 27:29, 27:29, 26:30) hesabı ilə məğlub olub və Olimpiada ilə vidalaşıb.

Qeyd edək ki, Azərbaycan boks yığması 5 idmançı ilə yollandığı Paris-2024-də ilk medalını dünən təmin edib. Alfonso Dominqes (92 kq) yarımfinala vəsiqə qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
olaylar.az

1Mənbələr