AZ

Ərdoğan dəhşətli müharibənin anonsunu verdi: “Türkiyə və İran üçün böyük təhlükə”

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qlobal səhnədə artan qeyri-müəyyənlik şəraitində Türkiyənin regionda sülh və sabitliyin qalası olduğunu bildirib.

“Biz regionu qan dənizinə çevirmək istəyənlərə öz planlarını həyata keçirməyə imkan verməyəcəyik, dostlarımız və ölkə vətəndaşları üçün etimad mənbəyi olmağa davam edirik”, – Ərdoğan qeyd edib.

Qan gölü yaratmaq istənən region təxminən haradır? Türkiyə, Cənubi Qafqaz, İran – coğrafiya belədir, ya daha genişdir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsamettin İnaç deyib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Orta Şərq üzərindən İsrailin yeni dünya müharibəsi yaratmağa çalışdığını vurğulayıb:





Hüsamettin İnaç

“İsrail yaxın vaxtlarda Livana hücum etmək istəyir. “Hizbullah”ın ikinci əhəmiyyətli şəxsi, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni öldürərək yeni müharibənin başlamasına zəmin yaratdı.

Ərdoğanın fikrinə görə, İsrailin hücumları Livanın cənubundan başlayaraq Suriya, İran və Türkiyənin işğalına səbəb olacaq. İsrail rəsmiləri hər zaman Fərat və Nil çayı arasındakı ərazini işğal edəcəklərini bildirirlər.

 
Hazırda onlar üçün uyğun şərait yaranıb. Çünki ABŞ İsrailə böyük dəstək verir. İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-da çıxışı zamanı ayaq üstə alqışlanması da buna nümunədir. Onun Kamala Harris, Co Bayden və Donald Trampla görüşü zamanı törədəcəkləri cinayətlər və hücumlar üçün dəstək alması təhlükəli mərhələni başladacaq. Son vaxtlar oynanan oyunlar İran üzərindən baş tutur və oraya da İsrail ilə ABŞ-ın hücum etməsi gözləniləndir. Çünki İran hazırda öz prezidentini belə qoruya bilməyəcək, təhlükəsizliyini təmin etməkdə çətinlik çəkəcək vəziyyətə düşüb. Türkiyə də öz növbəsində coğrafiyada baş verəcək hadisələr, hücumlar üçün əvvəlcədən ehtiyat tədbirləri görməyə başlayır”.

Politoloq Samir Hümbətov isə məsələyə belə münasibət bildirib:





Samir Hümbətov

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təsadüfən bu fikirləri səsləndirməyib. HƏMAS-ın siyasi qanadının rəhbərinin İranda öldürülməsi müharibənin miqyasının genişləndirilməsinə xidmət edir. Ötən ilin oktyabrın 7-də başlayan qarşıdurmanın daha geniş əraziyə yayılmasını istəyirlər. Burada əsas məqsəd daha geniş müharibə parmaqla yeni regional və qlobal konfiqurasiyaların qurulmasıdır. Ərdoğanın çıxışında İsrail, ABŞ və Avropa ölkələri hədəfdir. Çox az ehtimalla İran-İsrail qarşıdurması baş verərsə, böyük coğrafiyanı əhatə edəcək. Burada söhbət Cənubi Qafqazdan getmir. Çünki sözügedən bölgədə Azərbaycan və Ermənistan arasında müharibə ola bilər ki, hazırda bu da mümkün görünmür.

Digər hədəf isə Aralıq dənizi uğrunda gedən mübarizədir”.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
50
referans.az

10Mənbələr