AZ

Samsung Galaxy F14 4G təqdim edilib - QİYMƏTİ

     Samsung yeni büdcəli smartfonunu təqdim edib. Söhbət Galaxy F14 4G-dən gedir. Galaxy F seriyasının bu yeni smartfonu böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Galaxy F14 4G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.7 düym ölçülü LCD ekranla təchiz olunub. Smartfon Snapdragon 680 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 64 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib.     Kameralar mövzusunda Galaxy F14 4 smartfonu 50 MP + 2 MP + 2 MP üçlü arxa kameraya və 13 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Galaxy F14 4G 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan OneUI 6.1 interfeysli Android 14 vasitəsilə çalışır. Samsung bildirib ki, Galaxy F14 4G 2 illik Android yenilənmələri dəstəyini və 4 il ərzində təhlükəsizlik yenilənmələri dəstəyini əldə edəcək. Smartfon artıq satışa çıxıb və onun qiyməti 107$ təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
technote.az

1Mənbələr