AZ

Rusiyada Google tezliklə bloklanacaq..?

...Rusiyada tezliklə Google və onunla birlikdə Google Android da bloklanacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Dövlət Dumasının deputatı Aleksey Didenko deyib.

Onun RuNews24.ru-ya istinadən verdiyi məlumata görə, bu, Rusiya tərəfinin təşəbbüsü ilə baş verməyəcək.

…Tezliklə Google və onunla birlikdə Google Android bloklanacaq. IOS da bloklanacaq və bu, bizim təşəbbüsümüzlə baş verməyəcək.

Qeyd etdiyimiz kimi, rusiyalı deputat deyir bunu.

Bundan əvvəl İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Kommunikasiyalar Komitəsinin rəhbəri Aleksandr Xinşteyn “YouTube”un sürətinin kəskin aşağı düşməsi ilə bağlı xəbərdarlıq etmişdi.

O, aydınlaşdırıb ki, Google ilə əməkdaşlıq edən Rusiya məlumat mərkəzləri tezliklə boz sxemlər üzrə fəaliyyətini dayandıra bilər.

Bununla belə, Aleksandr Xinşteyn Rusiyadakı resursun tamamilə bloklanması planlarını təsdiqləməyib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
sia.az

1Mənbələr