AZ

Kamala Harris rəsmən Trampın rəqibi elan olunacaq

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezidentliyə rəsmi olaraq namizəd olmaq üçün onlayn seçkilərdə iştirak edən Demokrat Partiyasının nümayəndələrindən lazımi sayda səs toplaya bilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison yazılı açıqlamasında bildirib.

 

“Mən fəxrlə təsdiq edirəm ki, vitse-prezident Harris bütün qurultay nümayəndələrinin əksəriyyətinin səsini qazanıb və bazar ertəsi səsvermə başa çatdıqda Demokratların namizədi olacaq”, - deyə o qeyd edib.

 

Xatırladaq ki, bir müddət əvvəl Respublikaçı namizəd Donald Tramp ABŞ-ın hazırkı prezidenti Co Baydenin Demokratlar Partiyası daxilində “çevriliş nəticəsində seçkidən kənarlaşdırıldığını” bəyan etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
50
senzor.az

10Mənbələr