AZ

Elmar Baxşıyev: "Komanda olaraq oyunumuz alınmadı"

"Təlim-məşq toplanışı zamanı komandanın bizə göstərdiyi elementlər var idi, bu dəfə "Qarabağ" onları tətbiq etməyə imkan vermədi".

İdman.biz xəbər verir ki, "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün ilk turunda "Qarabağ"a 1:4 hesablı məğlubiyyəti şərh edib: "Heyətimizdə çox sayda yeni futbolçu var. Turlar keçdikcə daha yaxşı oyun göstərəcəyimizə inanıram. Bu gün "Qarabağ"ın təzyiqindən çıxa bilmədik. İşimizi davam etdiririk. Üzərimizə nə düşür, edirik, edəcəyik. Səhvlərdən heç kim sığortalanmayıb. Tərlan Əhmədli də inandığımız qapıcıdır və qarşıdakı oyunlarda ona yenə şans verəcəyik. Bu gün komanda olaraq oyunumuz alınmadı. Əlbəttə, öz səhvimizdən buraxdığımız birinci, ardınca rikaşet qolun da təsiri danılmazdır. Bu cür vəziyyətdə "Qarabağ" kimi komandaya qarşı oyunu dəyişmək, çevirmək çətin olur. Sağlam komandamız var, qarşıdakı görüşlərdə daha fərqli "Araz-Naxçıvan" görəcəyik".

Qeyd edək ki, "Araz-Naxçıvan"ın yeganə qolunu Nuno Rodriges vurub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
idman.biz

1Mənbələr