AZ

“Nə vaxt sağalacağını demək çətindi” - “Araz-Naxçıvan”ın zədələnən futbolçusu haqda

Yeni mövsümə hazırlığı davam etdirən “Araz-Naxçıvan”ın çempionatın ilk turunda “Qarabağ”la üz-üzə gələcəyindən xəbərdarsız.

“Football-plus.az” xəbər verir ki, Muxtar Respublika təmsilçisi “köhlən atlar”la görüşdə yarımmüdafiəçisi Ramin Nəsirlinin köməyindən yararlana bilməyəcək. 22 yaşlı futbolçu zədə səbəbindən bu matçı buraxmalı olacaq. Bəs Raminin hazırkı durumu necədi? Görəsən, o, oyun zamanı, yoxsa məşq prosesində zədələnib? Həmçinin əməliyyat olunacaqmı? Bu suallara cavab tapmaq üçün “qırmızı-ağlar”ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla əlaqə saxladıq:
“Ərzurum toplanışından əvvəl Bakıda əvəzedicilərlə keçirilən yoxlama oyunu zamanı topuq nahiyəsindən zədə aldı. Müalicəsi hələ davam edir. Nə vaxt sağalacağını demək çətindi. Əməliyyata ehtiyac görülmür. Həkimlərimiz hələ ki müalicə yolu ilə sağaltmağa çalışır. Artıq 20 gündü müalicə davam edir”.


KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
football-plus.az

1Mənbələr