AZ

Qurban Qurbanov: "Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının I turunda keçirilən "Araz Naxçıvan"la matçdan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis görüşdən narazı qalmadığını bildirib:
"Qarşılaşmanı pis keçirmədik. Ümumi olaraq futbolçuların bəzi epizodlardakı davranışları məni narazı saldı. "Araz Naxçıvan"ın oyun sisteminə görə matça hazırlaşmışdıq. Futbolçularımı təbrik edirəm. 4:1 hesablı qələbə qazansaq da, rəqib mübarizə apardı. Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının I turu çərçivəsində səfərdə "Araz Naxçıvan"la qarşılaşan "Qarabağ" 4:1 hesabı ilə qələbə qazanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
41
oxu.az

10Mənbələr