AZ

"iPhone 16" bu tarixdə satışa çıxarılacaq

"Apple" sentyabrın ortalarında "iPhone 16" smartfonunu təqdim edəcək.


Sfera.az xəbər verir ki, bu barədə "9to5Mac" məlumat yayıb.


Media jurnalistlərinin sözlərinə görə, cihazların 2024-cü ildə təqdimatı sentyabrın 10-da baş tutacaq. Nəşrin müəllifləri həmçinin inanırlar ki, smartfonlar üçün ilkin sifarişlər sentyabrın 13-də açılacaq və ilk alıcılar öz qadcetlərini sentyabrın 20-də ala biləcəklər.


Həvəskarlar xatırladılar ki, 2023-cü ildə "Apple" yeni smartfonlarını 12 sentyabr çərşənbə axşamı günü nümayiş etdirib. 2022-ci ildə qurğular 7 sentyabr çərşənbə günü təqdim edilib. 2021-ci il üçün usə yeni "iPhone"lar 14 sentyabr çərşənbə axşamı günü təqdim olunub.

İnci
sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
sfera.az

2Mənbələr