Ötən mövsüm "Fənərbaxça"ya keçən, lakin mövsümün ikinci yarısından etibarən lisenziyası olmayan Rayan Kent Joze Mourinyonun gəlişi ilə yoldaşlıq matçlarında sınaqdan keçirilib.
News24.az xəbər verir ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Luqano ilə ilk 11-də başlayan Rayan Kent 68-ci dəqiqədə oyundan kənarlaşdırılıb.
Joze Mourinyo cavab görüşündə ingilis futbolçuya heç bir şans verməyib.
İngiltərə mətbuatında çıxan xəbərlərə görə, "Fənərbaxça" Rayan Kent üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır.
Xəbərdə Leeds United-in marağı vurğulansa da, İngiltərə komandasının Kent üçün 2,5 milyon funt sterlinq təklif etdiyi bildirilib.
Günel Məlikzadə