AZ

Paris-2024: Futbolda yarımfinalçılar müəyyənləşdi

Paris-2024 Yay Olimpiya Oyunlarında futbol oyunları davam edib. Matc.az xəbər verir ki, 1/4 final mərhələsinin oyunları keçirilib. Mərakeş ABŞ yığmasının qapısından 4 cavabsız top keçirib. İspaniya Yaponiyanı 3:0 hesabıyla məğlub edib. Misir Paraqvayı penaltilər seriyasında qalib gələrək mübarizədən kənarlaşdırıb. Fransa isə Argentinanı məğlub edərək növbəti mərhələyə yüksəlib. Yarımfinalda İspaniya Fransa ilə, Mərakeş Misirlə qarşılaşacaq. Qeyd edək ki, yarımfinal görüşləri avqustun 5-də keçiriləcək. Üçüncülük uğrunda mübarizə avqustun 8-də, final görüşü isə avqustun 9-da baş tutacaq. 2 avqust 1/4 final Mərakeş – ABŞ - 4:0 Yaponiya – İspaniya - 0:3 Misir – Paraqvay - 1:1 (pen - 5:4) Fransa – Argentina - 1:0    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
matc.az

1Mənbələr