AZ

“Neftçi” “Turan Tovuz”a, “Sumqayıt” “Kəpəz”ə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək.

İdman.biz xəbər verir ki, I turun ikinci günü Bakıda başlayacaq.

“Neftçi” “Turan Tovuz”u qəbul edəcək. Bu görüş əcnəbi mütəxəssislər Roman Qriqorçukla Kurban Berdıyevin dueli ilə əlamətdar olacaq.

Avrokubokların uğursuzu “Sumqayıt” ev sınağına çıxacaq. Samir Abasovun yetirmələri “Kəpəz”i sınağa çəkəcək.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
I tur
3 avqust (şənbə)

18:30. “Neftçi” – “Turan Tovuz”
Baş hakim:
Əliyar Ağayev
“Neftçi Arena”

20:45. “Sumqayıt” – “Kəpəz”
Baş hakim:
Kamal Umudlu
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
7
idman.biz

10Mənbələr