AZ

Malidə həlak olan "Vaqner" döyüşçülərinin sayı açıqlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İyulun sonunda Malinin şimalında gedən döyüşlər zamanı "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) 84 əsgəri və 47 hökumət əsgəri həlak olub.
Oxu.Az "Bloomberg"-ə istinadən xəbər verir ki, bu barədə "Sülh, Təhlükəsizlik və İnkişaf üçün Daimi Strateji Çərçivə" (CSP-PSD) üsyançı hərəkatının bəyanatında bildirilib.
CSP nümayəndəsi Məhəmməd Əl-Mövlud Ramadan 30-dan çox düşmən əsgərinin yaralandığını, yeddisinin əsir götürüldüyünü, tanklar, silahlar və maşınlar da daxil olmaqla hərbi texnikanın ələ keçirildiyini və ya məhv edildiyini bildirib. Mali ordusu agentliyə şərh verməkdən imtina edib.
Xatırladaq ki, silahlıların hökumət qoşunlarına hücumu barədə iyulun 26-da məlum olub.
Seçilən
131
20
oxu.az

10Mənbələr