AZ

Rusiyaya kütləvi hücum: bu gecə 74 PUA vurulub

Rusiyaya

Gecə saatlarında Rusiyaya kütləvi dron hücumu olub. Müdafiə Nazirliyinin Telegram kanalında verilən məlumata görə, gecə ərzində Rusiyanın 7 regionu və Azov dənizi üzərində 74 pilotsuz uçuş aparatı (PUA) vurulub.

Reyting.az
Rusiya KİV-lərinə istinadla bildirir ki, 36 təyyarə tipli PUA Rostov vilayəti, 8-i Kursk vilayəti, 9-u Belqorod vilayəti, 17-si Oryol vilayəti, 2-si Ryazan vilayəti, hərəsi bir PUA olmaqla Voronej vilayəti və dəniz üzərində tutularaq məhv edilib.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Eyni zamanda, daha əvvəl Rostov vilayətinin qubernatoru Vasili Qolubev 55 PUA-nın bölgəyə hücumu barədə danışıb. Oryol vilayətinin qubernatoru Andrey Klıçkov bölgəyə hücum edən pilotsuz təyyarələrdən söz açıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
8
reyting.az

10Mənbələr